ABŞ-da seçki öncəsi maraqlı hadisələr baş verməkdə davam dir. Bu dəfə isə Tramp namizəd həmkarına qəribə tələbdə tapınıb. Klintonun çıxışlarını mükəmməl sayan Tramp artıq şübhələnir. Belə ki, rəqibi Hilari Klintonun eçiciləri ilə görüşdə belə natiq danışmasının səbəbi onun xüsusi preparatlar qəbul etməsidir.
Qaziler.az xəbər verir ki, bunu ötən gün Nyu-Qempşirdə tərəfdarları qarşısında çıxışı zamanı Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib."Mən onda (Hillari Klintonda-red.) nə baş verdiyini anlamıram. Ötən debatların əvvəlində ona sanki nə isə vurmuşdular, sona yaxın isə elə görünürdü ki, sanki onu səhnədən düşürməyi xahiş edirdi. O özünü avtomobilinə kimi güclə çatdırdı”, - deyə Tramp qeyd edib.
O özünün və rəqibinin seçkiqabağı mübarizəsini idmançıların mübarizəsinə bənzədib.
"Yüngül atletika idmançılarını dopinq testdən keçməyi məcbur edirlər. Mən hesab edirəm ki, debatlardan əvvəl bizdə yoxlanışdan keçməliyik. Mən şəxsən bunu etmək istəyirəm”, - deyə namizəd əlavə edib.
"Dostlar, dünyada çox şeylər baş verir. Mən hesab edirəm ki, ona preparatlar yeridirlər. Həqiqəti bilmək istəyirsiniz? Çərşənbəyə (oktyabrın 19-da yekun debatlar keçiriləcək-red.) hazır olması üçün ona indidən preparatlar verməyə başlayıblar”, - deyə Tramp bildirib.
Rüfət Soltan
Adalet.az