Bəyanat olmayacaq - Ermənistanın KTMT-də növbəti diplomatik iflası

Bəyanat olmayacaq - Ermənistanın KTMT-də növbəti diplomatik iflası backend

Kremlin Kolletkiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə sənəd qəbul etməyəcəyinə dair bəyanatı Ermənistanın növbəti diplomatik və dramatik uğursuzluğu oldu.

Hərçənd Ermənistanın xarici işlər naziri Edvar Nalbandyan KTMT-nin iclasından öncə təşkilatın Təhlükəsizlik kollektivi şurasının sessiyasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bəyanat qəbul ediləcəyini açıqlamışdı.

Lakin birincisi bəyanat qəbul edilsəydi belə, orada yalnız ATƏT-in Minsk qrupunun işinə dəstək və münaqişə tərəflərinə konstruktiv dialoqu qorumaq çağırışı yer alacaqdı.

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ KTMT-yə üzv deyil və üzv olmağa da çalışmır, bu isə o deməkdir ki, KTMT ölkələrinin liderləri ümumi sözlərdən başqa bu barədə heç nə deməyəcəklər.

İkincisi isə, təşkilatın digər ölkələrinin Yerevana belə münasibəti Sarkisyan üçün nə sürprizdir, nə də yeni xəbərdir.

Apreldə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində eskalasiya göstərdi ki, KTMT-nin heç bir üzv ölkəsi dövlətin ərazi bütövlüyünü bərpa etməsinə mane olmayacaq. Həmin dövlət ki, Ermənistandan başqa KTMT-nin bütün üzv ölkələri onunla dostluq edir.

Bundan başqa, KTMT Ermənistanı dəstəkləyərsə, bu, BMT-nin mövqeyi ilə ziddiyyət təşkil edəcək, çünki BMT Təhlükəsizlik Şurasının qətnaməsində Ermənistanın işğalçı siyasətinin yolverilməzliyi birbaşa göstərilir.
Trend
Diaspora