“Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik. Bu məsələdə tam anlaşmamız var”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə danışıqlardan sonra mətbuata açıqlamasında bəyan edib.O qeyd edib ki, Pakistan baş naziri ilə müzakirələrin əhəmiyyətli hissəsi hərbi sahədə əməkdaşlığa həsr olunub: “Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik”.