Dağlıq Qarabağda, Ukraynada və Gürcüstandakı münaqişələr tamamilə qəbuledilməzdir. Virtualaz.org-un məlumatına görə, bunu AŞ PA-nın sədri Pedro Aqramunt Assambleyanın payız sessiyasının açılışında deyib.
Onun sözlərinə görə, Avropa bu münaqişələri parlament diplomatiyası əsasında həll etməlidir: "Avropalı olaraq biz bu məsələləri diplomatiya yolu ilə həll etməliyik".O, həmçinin beynəlxalq hüququn prinsip və qaydaların müdafiə olunmasına dair çağırış edib.