Ukrayna MDB tərkibindən çıxmaq məsələsini nəzərdən keçirir.
Qaziler.az-ın xəbərinə görə, bunu “112 Ukrayna” telekanalına müsahibəsində Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib.“MDBtərkibindən çıxmaq məsələsini nəzərdən keçiririk. BizimMDBdövlətləriilə onlarla müqavilələrimizmövcuddur. Misal üçün, diplomların qarşılıqlı tanınması, pensiya ödənişləri ilə bağlı. Ümid edirik ki,məsələlərinayrı-ayrılıqda tənzimlənməsi bizə bu işi tamamlamağa imkan verəcək. Şəxsən mənMDB-dən çıxmağın ardıcıl tərəfdarıyam” deyə P.Klimkin bildirib.