Azərbaycan Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabat Milli Məclisə daxil olub.
Parlamentdən APA-ya verilən məlumata görə, hesabat aprelin 14-də müzakirəyə çıxarılacaq.Ali maliyyə orqanının hesabatında ölkədə fəaliyyət göstərən qurumların işində aparılan yoxlamaların nəticələri açıqlanıb.
Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.