Kiber müharibə deyərkən çoxları xakkerlik və informasiya müharibəsi başa düşür. Doğrudur, teklekominikasiya məkanında müasir dövrün tələblərinə uyğun olaraq təbii savaşlarla yanaşı dünya siyasi məkanında kiber mharibələrin də şahidi olmaq asan deyil. KİV-lərə hücum, saytların dağıdılması, beynəlxalq internet servislrədə bilərəkdən geosiyası təhriflərə yer vermək kimi hadisələr illərdir aktual mövuya çevrilməkdədir. Elektron müharibənin tarixini nəzərdən keçirənlər, başlanğıc kimi məhz 80-ci illərə, kompüterlərin kütləvi istehsalının başlanğıcı dövrünə müraciət edirlər. Amma dünya tarixinin ilk «elektron» hücumunun izləri bundan da qabağa, ötən əsrin əvvəllərinə gedib çıxır. Hələ 1905-ci ildə, Rus-Yapon müharibəsi zamanı ruslar Yapon ordusunun teleqraf siqnallarına maneə törətməklə düşmən hissələri arasında rabitəni pozmağa can atırdılar.
Kiber müharibə təhlükəsi
Bir əsr sonra, 2008-ci ilin avqustunda Gürcüstanla müharibədə edən Rusiya hərbi həmlələrlə yanaşı genişmiqyaslı haker hücumları da təşkil edərək Gürcüstanın internet şəbəkəsini iflic etmişdi.
Əlbəttə, bu misalların yanvarın 16-da Azərbaycanda gündəmə gələn «haker» (hacker) hücumu anlayışı ilə əlaqəsi bəlkə də 100 ildən artıq tarixi məsafədən də böyük görünə bilər. Amma düşməndən ancaq quruda, suda və havada deyil, texnoloji məkanda da qorunmaq zərurəti artıq bütün dövlətlərin müdafiə qayğılarının az qala əsas hissəsidir, daha çox kiber müharibə kimi ifadə olunur. Dünyanın ən güclü ordularının cəbbəxanasında isə artıq müxtəlif ənənəvi hücum silahları ilə yanaşı kiber silahlar da var.
İnformasiya savaşında gücümüz
Kiber müharibədə deyrəkən erməni xakkerlərin dövlət rəsmi saytlarına hücümu ilə bağlı hallarla rastlaşırıq. Mütəxəssislər bildirir ki, Ermənistanda bu günümüzdə güclü internet mütəxəssisləri yetirşdirilməkdir. Lakin onların telekominikasiya sahəsində bizə elə də çox zərbə vura bilməyiblər. Lakin bütövlükdə dünyanı götürsək, Azərbaycana yetərincə kiber hücumlar var. Biz bunu hətta dağıdılan saytlarımızın timsalında da görmüşük. Bunlar əsas etibarilə hazır "dvijok”lar üzərində yığılan saytlar idi. Amma hazır "dvijok”lar üzərində yığılmayan, yetərincə müdafiə edilən saytların da dağıdılmasının zaman-zaman şahidi oluruq. Amma hücumların hansı ölkə üzərindən edildiyini müəyyənləşdirmək çətindir. Çünki bu və ya digər ölkədə başqa ölkənin İP-ləri vasitəsilə başqa ölkələrin saytlarını dağıtmaq mümkündür. Hücumlar əsasən hansı şəkildə baş verir? Müxtəlif İP-lərdən yükləmələr olur. Hansısa xarakterli informasiyalar yerləşdirilir, sonra isə saytın dağıdıldığı bəyan olunur. Buna xırda hadisə kimi baxmamalıyıq və dünyada da buna əhəmiyyətsiz hadisə kimi yanaşmırlar. Əlbəttə, surət vasitəsilə onu bərpa etmək mümkündür. Amma surətin hard diskinin yandırılması halları da olur. Bu cür troyanlar, viruslar mövcuddur. Buna görə də müəyyən qurumların yaradılması və təhlükəsizlik uğrunda mübarizə aparılmsına məncə, ehtiyac var. Buna mütəxəssislər səviyyəsində də baxmaq olar. Bəzi mütəxəsislər isə düşmənlə aramızda kiber müharibənin hal hazırda da getdiyini vurğulayıblar. Faktdır ki, hər gün erməni xaker qrupları tərəfindən Azərbaycanın veb saytlarına hücumlar olur. İstər avtomatik qaydada, istərsə də əllə, hər gün hücumlar baş verir. Hətta 2014-cü ilin noyabr ayında, 2015-ci ilin oktyabr ayında hansısa üsullarla onlar Azərbaycanın dövlət orqanlarının veb resurslarına onlar yol tapmış, məxfi sənədləri internet məkanda paylamışdılar. Belə hallar baş verirsə, ölkəmizə məxsus məxfi sənədlər internetdə nümayiş edilirsə, necə deyə bilərik ki, kiber müharibə mövcud deyil? Əgər gündəlik olaraq mütəxəssislər bu məqsədlə yetişdirilirsə, erməni və xaker qrupları bir-birinə mütəmadi olaraq cavab verirlərsə, necə deyə bilərik ki kiber müharibə getmir?
İnformasiya məkanında bu cür savaşların iki düşmən ölkə arasında getməsi dünya siyasi platformasında normal haldır. Bunun üçün bir çox gündəmdə olan faktları gətirmək olar. Ötən illərdə dünyaca məhşur "Google” şirkətinin "Googl maps” əlvavəsində dağlıq qarabağda bəzi rayonlarımızın adları dəyişdirilərək erməni adları ilə əvəz edilmişdi. Buna qarşılıq olaraq yerli informasiya agentliklərimiz müharibəyə qoşuldu və düşmənin kiber təxribatının qarşını aldı. Həmçinin Xocalı soyqırımının ABŞ konqressi tərəfindən tanınması ilə bağlı rəsmi internet müraciətimizi də xatırlamayan olmaz. Konqressin rəsmi internet səhifəsində yerləşdirilən linkdə bu soyqırımın tanıdılmasına verilən səs limiti lazımından artıq dolmasına bamayaraq Konressdən "Səs-səda” çıxmadı. Bu tipli bir neçə dəfə səsvermə linkləri təqdim olundu və xalqımız buna yekdilliklə səs verdilər. Məsələyə ABŞ rəsmiləri tərəfindən biganə qarşılanmasına baxmayaraq, informasiya savaşında öz gücümüzü göstərə bildik.
Qarabağ münaqişəsi və informasiya müharibəsi
Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında informasiyanın xüsusi rolu var.
Hazırkı geosiyasətdə əsas hədəfin insan beyni, qəlbi və xalqların mədəniyyətləri olmasını unutmamalıyıq. Əsas təsir vasitəsi mediadır. Media vasitəsi ilə milyonların şüurunu manipulyasiya etmək mümkündür. Ona görə də, münaqişənin tarixilə yanaşı, informasiya modeli, mənzərəsi və onun inkişafının informasiya bazası haqqında ayrıca geniş araşdırmaların aparılması olduqca vacibdir.
Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazası var. Etnik münaqişələrin meydana gəlməsinə nəzər salarsaq, olduqca çox oxşar cəhətlər görərik. Lakin, münaqişəyə cəlb olunan tərəflərin imkanları, coğrafi-tarixi şərait, münaqişədə maraqlı olan geosiyasi qüvvələrin müxtəlifliyi hər bir etnik münaqişənin fərqli tərəflərini üzə çıxarır. Bu baxımdan, Qarabağ münaqişəsinin digər etnik münaqişələrlə oxşar tərəfləri olduğu kimi, fərqli tərəfləri də var. Bu fərqli cəhətlərin biri də Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasına malik olmasıdır. Ona görə də bu problemin əhatəli şəkildə araşdırılması münaqişənin doğru mənzərəsini təsəvvür etməyə imkan verə bilər.
Etnik münaqişənin ən azı iki tərəfi var. Ona görə münaqişənin də ən azı iki informasiya modeli mövcuddur. Başqa sözlə, münaqişəyə cəlb olunan tərəflərin hər biri bu münaqişəni, onun yaranma səbəblərini və həlli yollarını öz maraqlarına uyğun şəkildə görür və təqdim edir.Qarabağ müharibəsində də bu məsələ özünün dağıdıcı funksiyasını bizə göstərib. Müharibə çərçivəsində Ermənistan dəfələrlə, məsələn, Xocalı soyqırımı zamanı etdikləri vəhşilikləri dünyanın nüfuzlu informasiya agentliklərində azərbaycanlıların apardığı "vəhşilik” kimi təqdim edərək informasiyanın təxribatçı modelindən geniş istifadə edib.
Belə ki, müharibə zamanı tərəflər məsələ ilə bağlı öz baxışlarını, maraqlarını, baş verən proseslərə öz münasibətlərini formalaşdırıb cəmiyyətə təqdim edir. Təəssüflər olsun ki, bir çox hallarda Azərbaycan erməni informasiya təxribatının qurbanına çevrilib. Deyək ki, Xocalı soyqırım qurbanlarını əks etdirən görüntülərin kadrlara alınması və daha sonra onun elə həmin zaman cəmiyyətə təqdim edilməsi informasiyanın əks təsirini bizə göstərdi. İnformasiyadan düzgün istifadə edilməməsi onun dağıdıcı və təxribatçı funksiyasını işə saldığı kimi, cəmiyyətin alt şüuruna da ciddi təsir etdi.
Yuxarıda qeyd edilən iki modellə yanaşı, Qarabağ münaqişəsinin üçüncü bir informasiya modeli də mövcuddur. Bu da beynəlxalq təşkilatların qərarları, böyük dövlət rəhbərlərinin bu münaqişəyə olan münasibəti, tərəfsiz beynəlxalq ekspertlərin və media vasitələrinin təsiri ilə formalaşan informasiya modelidir. Azərbaycana qarşı aparılan kompaniyalar, böyük dövlət rəhbərlərinin münaqişəyə olan münasibəti nəticəsində ABŞ Konqresinin 907-ci düzəlişi qəbul etməsi, ermənipərəst ekspert və media agentliklərinin güclü bir şəkildə əleyhimizə işləməsi bizi hazırkı vəziyyətdə bu modelə daha çox diqqət ayırmağa istiqamətləndirir. Əgər bu model uzun zaman ərzində, müəyyən vaxtda bir qədər örtülü şəkildə formalaşarsa, münaqişənin həlli üçün doğru mənzərənin yaradılmasına böyük tövhə verə bilər.
Beləliklə, informasiya vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edir. Dünyanın demək olar ki, bütün regionlarını əhatə edən qlobal informasiya vasitələri konkret məsələlər haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan qlobal güclər ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Nəticədə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin "beynini və qəlbini yumaq” mümkündür.
İnternet şəbəkəsində Azərbaycanın kifayət qədər təcrübəsi var. Bircə onu qeyd etmək kifayətdir ki, qərbi Asiya məkanında ilk telekominikasiya və internetin yenicə yayılmağa başladığı ərəfədə internetdə 20 yanvar haqqında ilk saytı 1999-cu ildə biz yaratmışıq, eləcə də Xocalı faciəsi, azərbaycanlıların soyqırımı haqqındakı saytları yerli mütəxəssislər gələcək, yəni bu günümüz üçün kiber bazamızın formalaşması üçün yaradıblar.
Rüfət Soltan