Azərbaycanda və Ermənistanda gedən konstitusiya islahatları ciddi siyasi, o cümlədən Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində nəticələrə gətirəcək. Bunu virtualaz.org-a rusiyalı politoloq Oleq Kuznetsov deyib.
Ekspert xatırladıb ki, Ermənistanda və Azərbaycanda paralel olaraq iki konstitusiya islahatı aparılıb.“Azərbaycanda vitse-prezidentlik institutu yaradılıb, Ermənistanda isə tədricən prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçilir. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi zəminin yaradılmasına xidmət edir”, - ekspert deyib.
Onun fikrincə, vitse-prezident vəzifələrinin yaranması Azərbaycanın siyasi elitasına bir tərəfdən Naxçıvan Muxtar Respublikasının, digər tə5rəfdən isə Qarabağ ermənilərinin vahid nümayəndəsinin daxil edilməsini özündə ehtiva edir ki, bu da Azərbaycanın daxilində bu hüquqi cəmiyyəti təmsil edəcək. Bu, həmin ərazilər Azərbaycanın tərkibinə qaytarıldıqdan sonra mümkün olacaq.