Rusiya ABŞ-la yollarını ayırdı

Rusiya ABŞ-la yollarını ayırdı backend

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişini dayandırıb.

Qaziler.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

Reuters agentliyi bildirir ki, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.
Diaspora