“Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir“

“Həll olunmamış münaqişələrlə bağlı status-kvo qəbuledilməzdir“ backend

"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həmişə tanıyıb və dəstəkləyib".

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Ukraynanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
Səfir bu dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib: "Azərbaycan işğal faktının nə olduğunu əksər dövlətlərdən yaxşı bilir".
"Bu gün Ukrayna müstəqilliyinin 25-ci ildönümünü çox çətin zamanda qeyd edir. Çünki Ukraynanın bir hissəsi işğal edilib. Bunun nəticəsində çoxlu sayda dinc sakinlər öldürülüb" - A.Mişenko deyib.
Səfir Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı həll olunmamış münaqişələrə toxunaraq, indiki vəziyyətdə status-kvonun qəbuledilməz olduğunu vurğulayıb: "Dünya ictimaiyyətinin bu münaqişələrin həllini tapması üçün daha fəal olacağına ümid edirəm".
Diaspora