“Dağlıq Qarabağda, qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə edilməsi təxribatdır”.
BunuATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.“Tərəflər gərginliyi azaltmalıdır”, - deyə amerikalı diplomat vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi yanvarın 29-da cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.