""Fətullah Gülən işi" bağlı Türkiyəyə etdiyimiz müraciət üzrə işlər davam etdirilir".
Qaziler.az-ın APA-ya istinadən məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.O bildirib ki, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəisi bununla bağlı Türkiyədə ezamiyyətdə olub: "Bu yaxınlarda yenə ezamiyyətə gedəcək. Bu istiqamətdə işlər qarşılıqlı şəkildə davam etdirilir".