Suriyada vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilə bilər.
Qaziler.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.“Bu bir çox variantlardan biridir, sanksiyalarla bağlı məsələni təhlil edirik. Bu mümkündür, lakin mən hazırda bu barədə hər hansı bəyanat vermək niyyətində deyiləm”, deyə M.Toner bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin nümayəndəsi Coş Ernest Suriya hökumətinin hücumlarını dəstəklədiyi və Hələbdəki vəziyyətə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib.