Rəsmi Vaşinqton Rusiya əleyhinə tətbiq olunan maliyyə sanksiyalarının genişləndirilməsini istisna etmir.
Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Ağ Evin mətbuat katibi Coş Ernest çıxış edib.Ernestin sözlərinə görə, buna səbəb rəsmi Moskvanın Dəməşqi dəstəkləməsidir.
O, qeyd edib ki, ABŞ birtərəfli sanksiyalar tətbiq etməyə deyil, tərəfdaşları ilə birgə fəaliyyətə üstünlük verəcək.