Seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir

Seçki məntəqələrinin qarşısında “exit-poll” keçirilir backend

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar seçki məntəqələrinin qarşısında "exit-poll" keçirilir.


APA TV-nin xəbərinə görə, Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə, ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi isə ayrıca "exit-poll" keçirir.

“Exit-poll” zamanı səsvermədə iştirak etmiş vətəndaşlardan məntəqəni tərk etdikdən sonra necə səs verdiyi soruşulur. Vətəndaşların “exit-poll”da iştirakı, yəni sualları cavablandırması könüllü xarakter daşıyır.

Sorğu keçirən şirkətlər “exit-poll”un nəticələrini səsvermə başa çatdıqdan dərhal sonra açıqlayacaqlar.

Diaspora