Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə ümumxalq səsverməsində iştirak edib.
QAZİLER.AZ AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı və ailəsi Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib. Prezident seçki məntəqəsinə daxil olub, səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.