Rusiya Dövlət Dumasına seçilənlərdən 10 nəfərin məhkumluğu var

Rusiya Dövlət Dumasına seçilənlərdən 10 nəfərin məhkumluğu var backend

Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev Dövlət Dumasına yeni seçilən deputatlardan on nəfərinin daha öncə məhkum olunduqlarını bildirib. Bu barədə “İnterfaks” məlumat yayıb.


“Federal siyahılarda səsvermə günü 55 məhkumluğu olan deputat var idi. Qanuna müvafiq olaraq, onlar seçkilərdə iştirak edə bilərdilər”, - o qeyd edib.

Onun sözlərinə görə, hazırda Dövlət Dumasında nümayəndələr üçün minimum həddi aşan partiyaların məhkumluğu olan on namizədi qalıb.

Daha öncə MSK Rusiya Dövlət Dumasına seçkilərin nəticələrini açıqlayıb.(oxu.az)
Diaspora