Türkiyə XİN Krımda keçirilən seçkilərin nəticələrini tanımadığını bildirdi

Türkiyə XİN Krımda keçirilən seçkilərin nəticələrini tanımadığını bildirdi backend

"Rusiya Dövlət Dumasına Krımda keçirilən seçkilərin nəticələri hüquqi reallığı əks etdirmir". "Anadolu" agentliyi xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.


O bildirib ki, ölkəsi Krım yarımadası da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Ötən həftə Rusiya Federasiyasında keçirilən seçki də bu baxımdan dəyərləndirilməlidir. Ona görə də Krımda keçirilən seçkilərin nəticələri hüquqi cəhətdən keçərli deyil".

Qeyd edək ki, Ukrayna parlamenti sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini tanımadığı haqda qərar qəbul edib.
Diaspora