Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Bolqarıstanın Veliko Tırnovo şəhərinin fəxri vətəndaş diplomu ilə təltif olunub. Lent.az-ın Heydər Əliyev Fondunun saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Renascence and Constituent Assembly” (İntibah və Məclisi-Müəssisan) Muzeyində Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunması mərasimləri keçirilib.
Tədbirin aparıcısı qeyd edib ki, Heydər Əliyev Fondunun prezidentinə Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.Şəhər ictimaiyyəti adından Azərbaycanın birinci xanımına bir daha minnətdarlığını bildirən Veliko Tırnovonun meri Daniel Panov deyib ki, Mehriban Əliyevanın layiq görüldüyü bu ad şəhərin ən ali mükafatıdır. Daniel Panov vurğulayaıb, Azərbaycanın birinci xanımının fəxri vətəndaş seçilməsi barədə onun təklifi meriyanın 2016-cı il avqustun 25-də keçirilən təntənəli iclasında yekdilliklə qəbul edilib.
Sonra Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı diplomu və döş nişanı təqdim edib.