Jurnalistlər BMT-nin xüsusi məruzəçisinə etiraz etdi

Jurnalistlər BMT-nin xüsusi məruzəçisinə etiraz etdi backend

Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Bakıda mətbuat konfransı keçirib. O, Azərbaycandakı insan hüquqları üzrə araşdırmaların ilkin nəticələrini açıqlayıb.

Azvision.azxəbər verir ki, BMT rəsmisi mətbuat konfransında jurnalistlərə qarşı sayğısızlıq nümayiş etdirib. O, jurnalistlər arasında ayrı-seçkilik edərək, yalnız müxalif yönümlü media qurumlarının nümayəndələrinə sual verməyə şərait yaradıb.

Mişel Forstun bu hərəkəti mətbuat konfransında iştirak edən jurnalistlərin ciddi narazılığına səbəb olub.

Bir qrup müstəqil jurnalist, o cümlədən bir neçə saytın əməkdaşı çıxış üçün söz alaraq, Mişel Forsta etirazlarını bildiriblər.

Jurnalistlər Mişel Forsta irad tutaraq vurğulayıblar ki, sözügedən hesabat hazırlanarkən, yalnız müxalif yönümlü QHT-lərin, partiyaların və media qurumlarının mövqeyi dinlənilib: “Bu isə qərəzli və təxribat xarakterlidir”, - deyə jurnalistlər əlavə ediblər.

***

Sayt onu da bildirir ki, Mişel Forst jurnalistlərin israr etməsinə baxmayaraq bu suallara cavab verməkdən yayınıb:

- Sizin Azərbaycanla bağlı hazırladığınız hesabat qeyri-ciddi təəssürat bağışlayır və QHT-lərin hazırladığı hesabata oxşayır, yalnız hökümətin tənqidi əksini tapıb. Dövlətin insan hüquqları sahəsində gördüyü tədbirlər hesabatda niyə öz əksin tapmayıb?

- Hesabatınızda bəzi ifadələr sözbəsöz beynəlxalq QHT-lərin hesabatından götürülərək təkrarlanıb. Sizin öz müstəqil yanaşmanız yoxdur?

- Hesabatınızda həbslərlə bağlı məsələlərə toxunulur. Siz həmin faktları araşdırmısınızmı?

- Niyə hesabatda qaçqınların hüquqları ilə bağlı məsələ qaldırılmayıb? Siz mandatınızın bütün insan hüquqları ilə bağlı olduğunu qeyd edirsiniz. Erməni girovluğunda saxlanan iki azərbaycanlı ilə bağlı hesabatınızda heç nə yoxdur. Bunu necə izah edərdiniz?

Xatırladaq ki, BMT-nin xüsusi məruzəçisi Mişel Forst 14-22 sentyabr tarixlərində insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdədir.
Diaspora