Bakıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin oktyabrda reallaşacaq rəsmi səfərini gözləyirlər. Virtualaz.org bildirir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
"Biz səbirsizliklə bu il 12 oktyabrda Nursultan Abişeviçin Azərbaycana səfərini gözləyirik", - deyə N.Əliyev İqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan Hökümətlərarası Komissiyasının bu gün Astanada keçirilən iclasında deyib.