Rusiya vətəndaşları Azərbaycanda səs verirlər

Rusiya vətəndaşları Azərbaycanda səs verirlər backend

Azərbaycanda yaşayan Rusiya vətəndaşları bazar günü VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə səs verirlər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, Bakıdakı səfirlikdə açılan məntəqədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də səs verib.

Səfirin sözlərinə görə, cəmiyyət arasındakı sorğu, Rusiyanın mövcud olan daxili və xarici siyasətini davam etdirəcəyini deməyə əsas verir.

"Fikirləşirəmki, Rusiyayla Azərbaycanın münasibətlərində heç bir dəişiklik olmayacaq" - Doroxin.

Səfirin sözlərinə görə Dövlət Dumasının deputatlarının yarısı birmandatlı seçki dairələriylə seçiləcək.

"Axır proqnozu vermək çətindi, lakin sorğular hakim partiyanın liderliy etməsini göstərir. Şəxsən mənim fikirimcə bu vəziyyət daha ədalətlidi" - Səfir bildirib.

Doroxin Rusiya səfirliyində seçkilərin keçirilməsində yardım və təmin təhlükəsizlik üçün Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Seçkilər partiya və birmandatlı siyahı üzrə keçirilir.

Azərbaycanda daimi yaşayan və ya müvəqqəti olan Rusiya vətəndaşları Bakı şəhəri, Bakıxanov küç., 17 (səfirliyin Konsulluq bölməsinin ərazisi) ünvanında yerləşən 8017 saylı seçki məntəqəsində səs verə bilərlər. Məntəqə yerli vaxtla saat 08:00-dan 20:00-dək açıq olacaq.

Səsvermədə iştirak etmək üçün pasport və ya onu əvəz edən sənədi gətirmək lazımdır.

2011-ci ildə Azərbaycanda Dövlət Dumasına seçkilərdə 1654 Rusiya vətəndaşı səs verib.
Diaspora