Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK terrorçuları qarşı aparılan əməliyyatlar zamanı iki əsgər şəhid olub, dördü yaralanıb.
Qaziler.az-ın Hurriyet qəzetinə istinadən verdiyi məlumata görə, yaraqlılara qarşı əməliyyat bu gün yerli vaxtla saat 11:00 radələrində başlayıb.Atışma zamanı dörd terrorçunun öldürüldüyü bildirilir.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgəyə əlavə hərbi təyyarələr və helikopterlər göndərilib.