Bu gün MDB ölkələri dövlət başçılarının iclası keçiriləcək

Bu gün MDB ölkələri dövlət başçılarının iclası keçiriləcək backend

"Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin dövlət başçılarının bu gün Bişkekdə keçiriləcək iclasında iştirak edəcək". Bunu Qırğızıstanın Xarici İşlər Nazirliyinin İnteqrasiya Birlikləri Departamentinin direktoru Bolotbek Mukaşyev bildirib.


"Əksər prezidentlərin iştirakı gözlənilir. Biz Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus və Ermənistan prezidentlərindən rəsmi təsdiq almışıq. Hazırda Özbəkistandan təsdiq gözləyirik.

Moldovadan baş nazir, Ukraynadan səfir, Türkmənistandan isə Nazirlər Kabinetinin sədr müavininin iştirakı gözlənilir", - deyə xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

İclasda dövlət başçılarının bir sıra bəyanatlar verəcəyi, proqram qəbul edəcəyi və MDB-nin mədəniyyət paytaxtını elan edəcəkləri planlaşdırılır.
Diaspora