Vatikan hesab edir ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh danışıqları yolu ilə həll etməlidirlər. “Dağlıq Qarabağ münaqişəsinin həlli Katolik kilsəsinin işi deyil. Onu siyasətçilər həll etməlidir”, bunu Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, Roma Papası Fransisk dünyadakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.“Roma Papası hesab edir ki. müharibə yeni zorakılıq dalğasına səbəb ola bilər”, - V.Fekete deyib.