Sentyabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Qaziler.az Prezidentin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, xalqımıza firavanlıq arzularını çatdırmışdır.Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulamışdır.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.