ABŞ prezidenti Barak Obama RF prezidenti Vladimir Putinlə G-20 sammitində keçirdikləri görüşdə Suriya ilə bağlı qərarın qəbul edilməsi təklifi irəli sürüb. Amerika administrasiyası Moskvadan yaxın zamanlarda cavab gözləyir.
ABŞ tərəfinin təklifi Suriya ərazisində tərəflər arasında barışığın elan edilməsindən ibarətdir. "The Washington” postunun öz mənbələrinə istinadən yaydığı məlumata görə, hökümət qüvvələrinin nəzarətində olan Hələb şəhərinə humanitar koridorların açılması və suriyaya hərbi ətəyyarələrin uçuşlarının tam dayandırılması tələb olunur. Bundan sonra ABŞ və Rusiya terrorçulara havadan zərbələr endirmək üçün birgə uçuşlara başlamalıdır."The Washington post” danışıqlarda razılıq əldə edilməzsə ABŞ tərəfinin hansı addımlar atacağı barədə məlumat verməkdən çəkinib. Hələlik isə Pentaqon müxalif hərbi qruplara yardım göstərirlər, o cümlədən silahla təmin edirlər.
Rüfət Soltan