Türkiyə yumşaldı: ABŞ-ın çevriliş cəhdində əli yoxdur, ancaq Güləni verməlidir

Türkiyə yumşaldı: ABŞ-ın çevriliş cəhdində əli yoxdur, ancaq Güləni verməlidir backend

Türkiyə liderləri Birləşmiş Ştatların Türkiyədəki 15 iyul çevriliş cəhdində əli olmadığını düşünür. Bunu sentyabrın 6-da ölkənin baş nazirinin müavini Numan Kurtulmuş deyib. «The New York Times» qəzeti yazır ki, bu açıqlama Türkiyədə ABŞ-ın həmin çevriliş cəhdinə bağlılığına dair bu ölkədə müxtəlif nəzəriyyələrin yayıldığı bir məqamda verilib.

N.Kurtulmuş Türkiyə xalqının bir gözləntisini də dilə gətirib – ABŞ ilahiyyatçı Fətullah Güləni Türkiyəyə ekstradisiya etsin. Türkiyə Pensilvaniyada yaşayan Gülənin çevriliş cəhdini himayə etməkdə ittiham edir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəqib kimi gördüyü Gülen isə bunu təkzib edir.

«Bilirik ki, bu, vaxt aparacaq. Bu, siyasətçilərin deyil, ədliyyə sisteminin işidir», - Kurtulmuş «The New York Times»a müsahibəsində deyib.Baş nazirin müavininin sözlərinə görə, Türkiyə ədliyyə rəsmiləri ABŞ-dakı həmkarlarına 80 qutu fayl göndəriblər, həmin fayllarda Gülen-inçevriliş cəhdinə bağlılığını göstərən informasiya var. Buna görə də Gülen Türkiyəyə ekstradisiya olunub mühakimə edilməlidir.

«Bu, zaman deyil, niyyət məsələsidir. Amerikalı müttəfiqlərimizin Türkiyə demokratiyasını dəstəkləmək yönündə aydın niyyətini görmək istərdik», - Kurtulmuş söyləyib.

Məqalədə vurğulanır ki, çevriliş cəhdindən dərhal sonra Türkiyə liderlərinin nümayiş etdirdiyi qəzəblə müqayisədə N.Kurtulmuş xeyli mülayim danışıb. Ölkənin bəzi rəsmiləri Birləşmiş Ştatların həmin cəhdin arxasında durmasına inandığını dilə gətirib. Obama administrasiyası isə bunu qətiyyətlə təkzib edib.

N.Kurtulmuş bu iddialarla bağlı deyib: «Rəsmi mövqeyimiz aydındır. ABŞ rəsmilərinin dövlət çevrilişi cəhdini dəstəkləməsinə heç bir sübut yoxdur. Belə bir şey olsaydı, bizi öncədən xəbərdar edərdilər».Onun sözlərinə görə, «çevrilişçilər özlərini o qədər məharətlə gizlədiblər ki,çox güman, öz aralarında gizli şəbəkələri olub».

Qəzet qeyd edir ki, son vaxtlar Amerika Türkiyəylə əlaqələri nizamlamağa çalışır. Ötən bazar günü prezident Barak Obama Çində G20 sammiti çərçivəsində türkiyəli həmkarı Ərdoğanla görüşüb. Obama «dəhşətli çevriliş cəhdi»ndə əli olanların məsuliyyətə cəlb edilməsində Amerikanın yardımını boyun olub.
Diaspora