AŞ PA həmməruzəçiləri Bakıya gəlir

AŞ PA həmməruzəçiləri Bakıya gəlir backend

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) həmməruzəçiləri Stefan Şennak və Preda Sezar Florin Azərbaycana səfər edəcək. Virtualaz.org bildirir ki, AŞ PA-nın saytında yerləşdirilən məlumatda belə deyilir.

Məlumata görə, Azərbaycanda keçiriləcək referendumla bağlı AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə 2 həmməruzəçisi olmaqla 7 nəfərlik qiymətləndirmə missiyası yaradılacaq.

Həmməruzəçilərin Azərbaycana səfərinin tarixi hələlik müəyyən edilməyib.

Xatırladaq ki, AŞ PA Bürosunun iclasında Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Venesiya Komissiyasının rəyinin qiymətləndirilməsi üçün qərar qəbul edilib.
Diaspora