İsrailin baş naziri Binyamin Netanyahu oktyabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.
“Oktyabr ayında baş nazir Binyamin Netanyahu Qazaxıstana səfəri də əhatə edəcək turne çərçivəsində Azərbaycana səfər edəcək”, - İsraildə dərc olunan NRG nəşri yazır.Nəşr əlavə edir ki, son zamanlar İsrail tez-tez “müsəlman dövlətlərinə və xüsusilə çoxsaylı şiə əhalisi olan müsəlman dövlətlərinə diqqət yetirir ki, bu baxımdan Bakı ilə münasibətlərin daha da möhkəmləndirilməsində maraqlıdır”.