Ermənilər xaricdə azərbaycanlılara nəzakət göstərirlər - MƏKR

Ermənilər xaricdə azərbaycanlılara nəzakət göstərirlər - MƏKR backend

ABŞ-da fəaliyyət göstərən etnik lobbidir, bu lobbi erməni diasporunun, Ermənistanın və Dağlıq Qarabağ separatçılarının maraqlarını qorumaqla məşğuldur. Hələ Ermənistan diasporaları mövcud olanda onların fəaliyyətini ermənilər yox ABŞ nümayəndələri aparırdı. Daha sonra xaricdə, xüsusilə ABŞ-ın Ny York ştatında (Digər ştatlarda da erməni icmaları yer alıb) Ermənistandan gələn vətəndaşların çoxalması diasporanı və erməni lobbiçilik faəliyyətini davam etdirməkdə yeni kadrlar yaratdı. Lobbiçiliyin ən çox inkişaf etdiyi uzaq qərbdə böyük bir ştatda onminlərlə erməninin yaşadığı qəsəbələr yerləşir. ABŞ-ın ötən əsrin əvvəllərində Osmanlı imperiyası ilə bağladığı ticarət müqavilıəsi zəmnində ticari əməliyyatlar zamanı amerikalılar erməniləri vasitəçilər kimi cəlb edirdilər.

1890–1900-cü illər arasında 12 minə yaxın erməni ABŞ-a köçür, bu dövrdən sonra ABŞ-da erməni partiyaları fəaliyyətlərini aktivləşdirir. İlk vaxtlar erməni diasporu erməni siyasi partiyalarının ətrafında formalaşırdı, onlar isə öz növbəsində ictimai və dini təşkilatların yaradılmasında mühüm rol oynayırdılar. İndi ABŞ-da hər hansı isə partiyanın, təşkilatın və ya assosatsiyanın üzvü olmayan erməni çox nadir tapılar. XIX əsrin sonu XX əsrin əvvəllərində, aparıcı erməni siyasi partiyaları formalaşır.


Ermənilərin 1 əsrdən çox davam edən köç prosesi hələ də davam etməkdədir. Mətbu yayımlar da tez-tez Ermənsitan əhalisinin ölkədə aclıq və səfalətin baş qaldırması, kasıbçılığın yüksək həddə çatması ilə bağlı xarici ölkələrə xüsusilə də Amerikaya keçmələri barədə xəbərlər oxuyuruq. Ermənistanda miqrasiya vəziyyətiylə bağlı araşdırılmış 3 illik tədqiqatların nəticələri göstərir ki, hər il 40 minə qədər insan ölkəni tərk edir. Bu isə ümumi Ermənistan əhalisinin 1-1,5 faizini təşkil edir. 2016-cı ilin yanvarından iyunadək isə rekord həddə göstərici əldə olunub. Belə ki, 6 ay ərzində ölkəni 115395 nəfər tərk edib. Rəsmi məlumatlara əsasən, 2016-cı ilin birinci rübündə Ermənistanda əhalinin sayı miqrasiya səbəbindən azalıb.

Ola bilsin ki, onları ölkədən qaçıran səbəblər doğrudur və daha rifahlı yerdə yaşamaq istəyirlər. Ancaq Kaliforniyaya, Virtcinyaya və digə ştatlara köç edən “üzdəniraq”lar orada siyasi fəaliyyətə qoşulurlarmı? Nə qədər Ermənsitan dövlətinin baxımsızlıqda və yoxsulluqda üzə çıxardıqca xaricdə onların diaspora fəaliyyəti də güclənməkdə davam edir. Şübhə yaradan məqam isə elə gənc erməni kadrlarının orada təkminləşdirilməsi və iki ölkə arasında siyasi region savaşlarında strateji fəaliyyət göstərməsidir. Ötən günlərdə Azərbaycana gələn ABŞ-dakı yeganə ali rütbəli zabitimiz John Nəimi Amiralla söhbətimiz zamanı erməni diasporası ilə bağlı təsdiqləyici fikirlər dedi. Zabitimiz də bildirib ki, xüsusilə ABŞ-ın Nyu-York, ştatında daha çox erməni lobbisi işləyir: “Ermənistanın istər hərbi, istərsə də sosial gücü Azərbaycanla müqayisə edilə bilməyəcək qədər aşağıdır, lakin onların diaspora qüdrəti bizi ötüb”. Beynəlxaq siyasi müzakirələrdə Dağlıq Qarabağ probleminin həllinə maneçilik törədirlər.


ABŞ-da erməni vətəndaşı


Xaricdə yaşayan vətəndaşlarımız arasında apardığımız sorğuda orada ermənilərin münasibət xarakteri ilə bağlı yeni fikirlər öyrəndik. Milli təfəkkürümüz belə qəbul edib ki, başqa bir ölkədə qarşımıza çıxan erməniyə biz nə qədər kin və küdurətlə yanaşırıqsa da onlar da bizə qarşı adekvat münasibədədirlər. Lakin bu belə deyil. Sorğumuzun iştirkaçıları bu mövzuda ABŞ ermənilərinin əks təbliğat yürütdüklərini deyiblər. “Küçədə türk və ya azərbaycanlı uşaqlara qarşı nəzakət və ehtiram nümayiş etdirdiklərinin şahidi ola bilərsiniz” – Nyu York ştatında yaşayan həmyerlimiz deyir. Onun sözlərinə görə ermənilərin xüsusilə azyaşlı həmyerlilərimzə qarşı bu cür yumuşaq davranışlarının arxasında böyük obraz və iyrənc siyasət dayanır. ABŞ-da yaşayan ermənilərin əksriyyəti diasporalarda fəaliyyət göstərənlərdir və onlar da həmin qurumlarda təlimatlandırılaraq türk və azərbaycanlılara qarşı bu cür sosial-psixoloji təsirlərdə tapınırlar. Təbii ki, onlar bunu əbəs yerə etmirlər. Bu iyrənc təbliğatın əsas məğzi ondan ibarətdir ki, xaricdə yaşayıb böyüyəcək gələcək ziyalılarımıza uşaqlıqdan göstərilən “düşmən sifəti” böyüyəndə onların ermənilərə qarşı nifrət yox hörmət istiqamətinə yönəlib.


Erməni lobbisinin əsas məqsədləri


ABŞ-da erməni lobbisinin əsasən 5 məqsədləri yayılıb. Başlıca olaraq qojndarma erməni soyqırımın başda yer aldığı bu məkrli siyasətin aparıcıları Erməni diasporunun siyasi proseslərdə iştirakını təmin etməklə ABŞ Ermənistan əlaqələrinin gücləndirilməsinə, Ermənistan və Dağlıq Qarabağ separatçılarına dəstək əldə etməyə və Erməni diasporasının maraqlarına uyğun olaraq ABŞ – ın xarici siyasətinə təsir etməyə çalışırlar. Amerika erməniləri milli komitəsi Amerikan erməni assambleyasına nisbətən daha çox nümayəndəlik və ofis şəbəkəsinə malikdir. Hər iki təşkilatın mənzil qərargahları Vaşinqtonda yerləşir, həmçinin onlar Yerevanda və Xankəndində də ofislərə malikdirlər. AEMK ABŞ – ın 25 ştatında 45 filiala malik olmaqla yanaşı iki reqional ofisə malikdir, bunlar Qərbdə Qlendeyl (Kaliforniya) və Şərqdə Utertaun (Massaçusets) şəhərlərində yerləşən ofislərdi. Bu təşkilatın Fransada, Böyük Britaniyada, və İtaliyada da nümayəndəlikləri fəaliyyət göstərir, bir müddətdir ki AEMK Avropa Birliyi nəzdində nümayəndəyə də malikdir.

Erməni assambleyası mənzil gərargahdan savayı, Beverli Xillzdə (Kaliforniya) regional ofisə malikdir, bundan əlavə Kembridjdə "Erməni ağacı" layihəsi ilə məşğul olan kiçik ofis və Nyu-Yorkda BMT ilə bağlı olan məsələlərlə məşğul olan ofis fəaliyyət göstərir.


Amerikanın erməni assambleyası özündə 10000 üzvü birləşdirərək üç milyon beş yüz min dollarlıq illik büdcəyə malikdir. Hər iki təşkilat müxtəlif gənclər təşkilatlarının mətbu orqanların və institutların təsisçisidir. AEMK aylıq "Zaqafqazye xronoloqiya" jurnalını da dərc edir həmçinin, "Hairenik" və "Armenian weekly" qazetləri ilə yaxın əlagələrə malikdir. Daşnaksütun həftəlik "Azbarez" dərgisinin nəşr etdirir.

Erməni assambleyası "Massis Weekly", "Armenian Liberty", "Snark New Agency" və "Armenian News" kimi kivlərlə yaxın əlaqələrə malikdir.

1982-ci ildə Kembricdə Zoryan institutu (Zoryan Institute) təsis edilir, bu institut Ermənistanın, erməni diasporunun və qondarma soyqırımın tədqiqi ilə məşğuldur.

1997-ci ildə Erməni assambleyası qondarma soyqırımı daha yaxşı tədqiq və təbliğ etmək üşün "Erməni milli institutunu" (Armenian National Institute) təsis edmişdir. İnstitut "Soyqırımın ensiklopediyası"nı harızlamaqla məşğuldur. Erməni assambleyası "erməni məsələsini" gündəmdə tutmaq üçün 4 piar şirkəti ilə müqavilə bağlamışdır. Erməni gənclərinin birləşdirmək üçün AEMK və Erməni assambleyası 1933–cü ildə yaradılmış, "Erməni gənclərinin federasiyası" ilə sıx əlaqələrə malikdirlər və onları dəstəkləyirlər. Federasiya olimpiadalar, tarix dərsləri, dil kursları təşkil etməklə məşğuldur, bundan əlavə federasiya "Hayastan" adlanan yay düşərgəsinə malikdir, bu düşərgədən AEMK- nin keçmiş rəhbəri Murad Topalyan teror aktlarının hazırlanması üçün və terrorçulara təlim keçirilməsi üçün istifadə etmişdir.

İyrənc siyasətin son həddi

Erməni lobbisinin ABŞ siyasətinə təsirinin ən bariz sübutu 1992–ci ildə "Azadlığa dəstək aktına" (Freedom Support Act) 907–ci düzəlişin qəbul olunmasıdır.


Bu akt keçmiş sovet respublikalarına iqtisadi dəstəyin göstərilməsi üçün qəbul olunmuşdur, lakin erməni lobbisinin səyləri nəticəsində bu akta edilmiş 907–ci düzəliş, Azərbaycana ABŞ hökuməti tərəfindən hər hansısa yardımın göstərilməsini qadağan edirdi. Düzəlişin əsaslanması kimi Azərbaycanın Ermənistanı və Dağlıq Qarabağı blokadaya salması göstərilir, lakin bu sənəddə Ermənistanın Azərbaycan Respublikasının bir hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadaya alması və Azərbaycanın Ermənistanla sərhəddini sonuncunun onun ərazisini işğal etdiyi üçün bağladığı faktını özündə əks etdirmir. Digər tərəfdən düzəlişdə göstərilən "blokada" sözü özü özlüyündə yalnışdır, çünki Ermənistan Gürcustan və İranla sərhədə və sıx iqtisadi əlagələrə malikdir, burada "embarqo" termininin istifadəsi daha məqsədə uyğun olardı. Düzəliş qəbul olunan zaman Azərbaycanın mövqeyi öyrənilməmişdir, bu zaman Azərbaycanın ABŞ–da səfirliyi də mövcud deyildi.


1998-ci ildə Nümayəndələr Palatasının rəhbərinə yazdığı məktubda Madlen Olbrayt bu barədə belə yazırdı: "907–ci düzəliş ABŞ–ın milli maraqlarına ziyan vurur, ABŞ–ın Qarabağ münagişəsinin nizamlanması istiqamətində səylərinə ve neytrallığına zərbə vurur, Azərbaycanda keçirilən iqtisadi və huquqi islahatlara yardım məsələsində, habelə Şərq- Qərb enerji nəqliyyat dəhlizinin yaradılması istiqamətində ABŞ– ın səylərinə maneədir".

Azərbaycana və Türkiyəyə qarşı dünyada 870-dək irili - xırdalı erməni təşkilatı fəaliyyət göstərir. Xeyriyyəçilik adı altında fəaliyyət göstərən bu qrumların maliyyə yardımları, fəaliyyətləri, dünyaya «diplomatik» çıxışları bilavasitə aşağıdakı erməni diaspor mərkəzləri tərəfindən həyata keçirilir və tənzimlənir.


Erməni lobbisi dünya siyasətinə ciddi şəkildə nüfuz edir. Hər vasitə ilə «Əzabkeş» xalqın qeydinə qalır. Erməni maraq və mənafeyinə lazım olan iqtisadi və siyasi yardım etməkdən çəkinmirlər. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə mane olurlar, erməni təcavüzünə ört-basdır etməyə çalışaraq Azərbaycanı təcavüzkar adlandırırlar.


Rüfət Soltan


Diaspora