Çində keçirilən "G20" sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın görüşü başlayıb.
"RİA Novosti" xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda RF prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.Bir gün əvvəl Rusiya və ABŞ prezidentləri bir neçə dəfə "ayaqüstü" danışıqlar aparıb və bu gün görüşün keçirilməsi haqqında razılığa gəliblər.