Çinin Xançjou şəhərində “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya baş naziri Angela Merkellə görüşüb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, görüş 45 dəqiqə davam edib.Görüşdən sonra mətbuat üçün açıqlama verilməyib. Daha sonra R.T. Ərdoğan və ABŞ prezident Barak Obama arasında geniştərkibli görüş başlayıb.