Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkə arasında aparılan danışıqların və görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.