“Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsidir”.
Qaziler.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyi mətbuat konfransında bildirib."Mən çox məmnunam ki, ABŞ tərəfi ən yüksək səviyyədə xalqımızın həyəcanlandıran mövzu ilə tanış olub. Cənab Bayden terrorçuların törətdiklərinin miqyasını görə bildi, o cümlədən Türkiyə parlamentində. Mən şəxsən onu bir sıra sənədlərlə tanış etdim və əlimizdə olan digər sənədləri də bölüşəcəm”, deyə Ərdoğan bildirib.
Dövlət başçısı vurğulayıb ki, Türkiyə üçün prioritet Gülənin tezliklə ekstradisiya edilməsidir.