MSK iki təşviqat qrupunu qeydə alıb

MSK iki təşviqat qrupunu qeydə alıb backend

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, iclasda “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsi müzakirə olunub. MSK katibi Arifə Muxtarova bildirib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları konfedersiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

Təşviqat qruplarının qeydiyyat məsələsi səsə qoyularaq qəbul edilib.
Diaspora