ABŞ İrana 400 milyon dollar pul ödəyib

ABŞ İrana 400 milyon dollar pul ödəyib backend

ABŞ Dövlət Departamenti İran tərəfinə 400 milyon dolların verilməsinin orada saxlanılan beş amerikalı məhbusun azad edilməsində təkan rolunu oynadığını təsdiq edib.

Qaziler.az bu barədə BBC-yə istinadən xəbər verir.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bununla yanaşı, ödəmə və məhkumların azad edilməsinə dair razılaşmaların əlaqəli olmadığını bildirib. Eləcə də pulun amerikalıların İranı tərk etdikdən sonra verildiyini etiraf edib.

İranda saxlanılan beş ABŞ vətəndaşı yanvar ayında, Amerikada saxlanılan yeddi iranlıya dəyişdirilib. Həmin gün ABŞ İran tərəfinə 400 milyon dollar verib.

Bu respublikaçıların qəzəbinə səbəb olub. Onlar ABŞ prezidenti Barak Obama administrasiyasının dəyişmə üçün pul ödəməsindən şübhələniblər.
Diaspora