Türkiyə hakimiyyəti dövlət çevrilişinə aidiyyəti olan iki mindən çox polis əməkdaşının və 300 hərbçinin vəzifəsindən kənarlaşdırılmasına dair iki fərman dərc edib.
Qaqziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Hakimiyyət genişləndirilmiş səlahiyyətlər alıb, bura əsasən, telekommunikasiya şirkətlərinin bağlanılmasına imkan yaradan səlahiyyətlər daxildir. Bununla yanaşı, prezident Rəcəb Tayyib Ərdoğana Baş Qərargahın rəisini, ordu komandanının təyinetmə hüququ verilib, əvvəllər bu hüquq baş nazirə məxsus idi.
İyulun 15-də Türkiyədə bir qrup hərbçinin hakimiyyəti ələ keçirməyə cəhd edib. Qiyamçılar Ankara və İstanbul küçələrinə hərbi texnika çıxarıblar, əsas hərbi obyektlərə hücum ediblər. Amma hərbçilərin əksəriyyəti hakimiyyətə sadiq qalıb və qiyam yatırılıb.