26 sentyabrda Azərbaycanda Konstitusiya dəyişikləri ilə bağlı referendum baş tutacaq. Artıq referendumla bağlı hakim Yeni Azərbaycan Partiyası (YAP) təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim edib. Bəs görəsən Milli Məclisdə təmsil olunan parlament partiyaları 26 sentyabr referendumuna necə hazırlaşır?top
Qaziler.az xəbər veir ki, milli məclisdə təmsil olunan partiyaların rəhbərlikləri referenduma ahzırlaıqları ilə bağlı açıqlama yayıblar. Onlardan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, partiya bu gün referendum hazırlıqlarından daha çox dairələrin formalaşdırılması ilə məşğuldur:
"Məntəqə seçki dairəsi üzvlərinin təyin edilməsi ilə daha çox məşğuluq. Bu məsələlər başa çatdıqdan sonra referendumla bağlı müəyyən işlər də görüləcək. Formalaşma müddətinin bitməyinə az qalıb. Önümüzdəki həftədən referendumla bağlı proseslərdə aktiv iştirak edəcəyik. Müəyyən dərəcədə referendum zamanı həm təbliğat kampaniyasında iştirak edəcəyik və həm də partiya olaraq müşahidəçi funksiyasını yerinə yetirəcəyik”.
O cümlədən digr partiyalardan Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də referenduma ciddi hazırlıqlar getdiyini bidliriblər.
Rüfət Soltan