Azərbaycanda Fətullah Gülənin tərəfdarları ilə bağlı cinayət işi başlanıb

Azərbaycanda Fətullah Gülənin tərəfdarları ilə bağlı cinayət işi başlanıb backend

Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarlarının Azərbaycanda qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bunu APA-ya Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E. Sultanov bildirib ki, hazırda iş üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Diaspora