Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb.
Qaziler.az "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.Ermənistan XİN-in məlumatında deyilir ki, memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.