Maliyyə Bazarlarına Nəzarət palatasına yeni səlahiyyətlər verildi - Fərmanlar

Maliyyə Bazarlarına Nəzarət palatasına yeni səlahiyyətlər verildi - Fərmanlar backend

Prezident İlham Əliyev 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman verib.


QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 7-ci hissəsində “Xüsusi icazə verən icra hakimiyyəti orqanı” sütununda “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilib.

Dövlət başçısının 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərmanına əsasən isə “Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları”nın 4.2-ci bəndinin birinci yarımbəndinin ikinci cümləsində “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilib.


Prezidentin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Prezidentin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında bir digər fərmanına görə isə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1285-IVQD nömrəli Qanununun tətbiqi barədə” Prezidentin 2015-ci il 14 iyul tarixli 567 nömrəli Fərmanının 2.3-cü bəndi ləğv edilib.

“Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Prezidentin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında yeni verilən fərmana görə, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

1. 2-ci hissədə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” üzrə:
2.1. 2.3-cü bəndin dördüncü yarımbəndində, 3.2-ci bəndin ikinci cümləsində və 5.1-ci bəndin ikinci cümləsində “icra hakimiyyəti orqanları” sözləri “inzibati orqanlar” sözləri ilə əvəz edilsin;
2.2. 3.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarına” sözləri “inzibati orqanlara” sözləri ilə, 5.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarında” sözləri “inzibati orqanlarda” sözləri ilə əvəz edilsin;
2.3. 4.1-ci bəndin birinci yarımbəndində “icra hakimiyyəti orqanı” sözləri “inzibati orqan” sözləri ilə əvəz edilsin;
2.4. 5.2-ci və 5.4-cü bəndlərdə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
2.5. 5.4-cü bənddən “(və ya)” sözləri çıxarılsın.
3. Həmin Fərmanla təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı” üzrə:
3.1. adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.2. “Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları” sütununun adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilsin;
3.3. 8-ci hissədə “Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.


Bundan əlavə , “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında verilən fərmana əsasən isə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilib:

1. 2.1-ci və 2.2-ci bəndlər ləğv edilsin.
2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 997-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;”.
3. 3-cü hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.
Diaspora