Ərdoğan və Putin görüşü haqqında YEKUN ŞƏRHLƏR

Ərdoğan və Putin görüşü haqqında YEKUN ŞƏRHLƏR backend

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındaSankt-Peterburqda görüşü ciddi müzakirə mövzusudur. Politoloqlar baş tutan tarixi görüş barəsində müxtəlif fikirlər səsləndirirlər. Ümumi məqam isə ondan ibarətdir ki, bu görüş ölkələr arası yaxınlaşma üçün stimuldur. Qeyd olunur ki, bu görüş Su-24 təyyarəsi ilə bağlı baş vermiş məlum hadisələrdən sonra dünya liderləri tərəfindən dəstəklənən Türkiyə-Rusiya qərəzinin böyüməsinin qarşısını almağa yönəlib. Əslində bu gedirşat bərpa olunmaqda olan münasibətlərin intensivləşməsinə təkan verir.

Politoloqlar şərhlərində bu görüşdə Azərbaycanın rolunu xüsusi dəyərləndirirlər. Siyasi ekspert Aleksey Bıçkov Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrildiyini vurğulayıb: "Ankara ilə Moskva arasında münasibətlərin normallaşması fonunda Bakı vacib regional oyunçuya çevrilməkdədir. Məlum təyyarə qalmaqalının günahkarının ortaya çıxması prezident Putinə aydın olandan sonra Rusiya-Türkiyə münasibətlərində mülayimləşmə baş verdi. Bütün bunlardan sonra Bakı Moskva ilə Ankara arasında əlaqə mərkəzi rolunu oynamaqdan çox regionda vacib siyasi oyunçuya çevrildi. Ona görə də Bakıda keçirilən üçtərəfli görüşü tarixi əhəmiyyətli görüş hesab etmək olar. Bu görüş Azərbaycanın Moskva-Bakı-Ankara zəncirindəki bir halqa olmadığını, əksində regionda güclü siyasi oyunçu olduğunu sübut edir".

Siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Türkiyə və Rusiya prezidentləri Ərdoğan və Putinin Sankt-Peterburqda müzakirə etmədiyi mövzu qalmayıb: "Bir il keçməz, Türkiyə-Rusiya münasibətləri təyyarə vurulmadan öncəki inkişaf dövrünə qayıdar, hətta Putin daha da əlaqələrin irəriləməsi vaciblyini bildirdi. Ərdoğanın təklif etdiyi Türkiyə-Rusiya-Azərbaycan formatı da yerindədir. Putinin bu təklifə münasibəti hələ bəlli deyil. Ankara Kremllə yanaşı Tehranla da münasibətləri inkişaf etdirmək istəyir. Ərdoğanın Sankt-Peterburqdan sonra Tehrana da səfər edəcəyini istisna etmirəm. Bildiyim odur ki, Ərdoğanın nə ABŞ-a, nə də Avropa Birliyinin aparıcı dövlətlərinə hazırki şərtlər daxilində səfəri mümkün deyil. Bu gedişlə Vladimir Jirinovskinin "bölgədə güclü Rusiya-Türkiyə-İran-İraq birliyi formalaşacaq” təklifi reallıqdan uzaq deyil. Avropa Birliyi 53 il Türkiyəni aşağılanmış şəkildə qapıda gözlətdirdi, indi də illərin strateji müttəfiqi Amerika Türkiyənin terrorçu adandırdığı şəxsə müttəfiqinə ekstradisiya etmək istəmir. Belə olan halda da Türkiyə üzünü yaxın ətrafına çevirir”.

Qeyd edək ki, prezidentlərin görüşündə "Su-24” məsələsi ilə bağlı Vladimir Putin daha sonra keçirilən mətbuat konfransında söz açıb. Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi,lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı: "Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfərlərinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdı. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir. Terrorizmlə mübarizə də bizim münasibətlərin əsas hissəsini təşkil edir. Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır”.

Qərb mətbuatı da bu mövzuya diqqət yetirib. ABŞ-ın nüfuzlu Wall Street Journal nəşri Ərdoğanın Rusiya səfərinin onun üçün necə əhəmiyyətli olduğunu şərh edib. Wall Street Journal qeyd edir ki, "Ərdoğanı ilk növbədə ölkədə iqtisadi vəziyyətin pisləşməsi narahat edirdi. Bu turizm sektorunun böhranı və investorların etimadının itirilməsindən irəli gəlir. Buna görə də Türkiyə rəsmiləri ümid edirdilər ki, səfər və danışıqlar zamanı yalnız geosiyası məsələlər yox, tcarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı da müzakirələr aparılacaq. Ankara və Moskva arasında münasibətlərin normallaşması ABŞ və Avropa İttifaqı ilə münasibətlərin kəskinləşməsi fonunda Türkiyə üçün çox yerinə düşüb. Qərb ölkələri 15 iyul dövlət çevrilişinə cəhddə günahlandırılan şəxslərə qarşı addımlara sərt reaksiya verdi.


Ərdoğanın Rusiya səfəri isə Ankarının Qərbin bu münasibətindən narazı olduğunu nümayiş etdirdib. İstanbuldakı xarici siyasət məsələləri üzrə analitik mərkəzin –"Edam"-ın sədri Sinan Ulgen hesab edir ki, "Türkiyə doğurdan da Qərbə qarşı gedə bilər. Türkiyə Rusiya ilə münasibətləri normallaşdırmağa və sonra onunla yaxınlaşmağa nail ola bilər”

Xarici politloqların fikirlərində isə əsas mövzu qərbin bu görüşdən nkəskin narahatlıq duymasıdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hərbi çevriliş cəhdindən sonra ilk xarici səfərini müttəfiq NATO ölkələrinə deyil, Rusiyaya edib. Onlar üçün əsas maraq douran xəbər də budur. Bununla da Ərdoğan qərbli həmkarlarına aydın mesaj vermiş olacaq. Qərbdə olduğu kimi Rusiyada da hərbi çevriliş cəhdindən sonra Ərdoğanın hansı yola gedəcəyini anlamağa çalışırlar. Bu fonda onun Sankt-Peterburq səfərinin geosiyasi baxımından çox böyük əhəmiyyəti olduğu bildirilir.

"Financial times” qəzetinin yaydığı məlumata görə Türkiyənin yüksək vəzifəli şəxsləri qeyri-rəsmi görüşlərdə ABŞ-la Türkiyə arasında möhkəm dostluq əlaqələrini mövcud olduğunu deyirlər:

"Rəsmi Ankara bununla Vaşinqtonla körpüləri tam yandırmaq istəmir. Eyni zamanda amerikalı rəsmilər Ərdoğanın qərbə təzyiq üçün Rusiyadan istifadə edəcəyindən ehtiyatlanırlar. Digər tərəfdən Türkiyə Qərbə təzyiq göstərmək üçün Suriya məsələsində Moskva ilə yaxınlaşmağa gedə bilər. Ola bilsin ki, Ankara Əsəd rejiminə qarşı münasibətini yumşaltsın amma bunun qarşılığında Ərdoğan Suriya kürdləri ilə bağlı Putinin dəstəyini qazanmağa ümidlidir”.


Sonda onu qeyd edək ki, Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya ilə Türkiyə arasında az qala hərbi qarşıdurma vəziyyətinə çatan gərginliyin yumşaldılmasında Azərbaycan və Qazaxıstan liderlərinin vasitəçiliyi haqda isə bundan əvvəl bəyanatlar səslənib. Türkiyə hökumət rəsmiləri Rusiya ilə münasibətlərin normallaşmasında bu ölkələrin rolu haqda minnədarlıq ifadə ediblər.

Rüfət Soltan
Diaspora