Ərdoğan və Putin görüşünə ABŞ-dan reaksiya gəldi

Ərdoğan və Putin görüşünə ABŞ-dan reaksiya gəldi backend

Rusiya və Türkiyənin yaxınlaşması ABŞ-ın maraqlarına zidd deyil.

Qaziler.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo deyib.

“Onlar suveren ölkədir. Onların tək İŞİD-lə mübarizədə deyil, həmçinin, Suriyaya dəstək beynəlxalq qrupunda da ümumi məqsədləri var”, - deyə Trüdo bildirib.

Qeyd edək ki, bu gün Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib.
Diaspora