Putin Ərdoğana: “Türkiyənin bu vəziyyətdən çıxacağına inanırıq“

Putin Ərdoğana: “Türkiyənin bu vəziyyətdən çıxacağına inanırıq“ backend

"Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir". APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.


O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.
Diaspora