ABŞ Dövlət Departamenti Türkiyədə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı iddialara münasibət bildirib.
Qaziler.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibi Elizabet Trudeu ABŞ-ın Türkiyə hökuməti və xalqını dəstəklədiyini bildirib: “Bu iddialar tamamilə əsassızdır. Biz demokratik yolla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləyirik”.