Türkiyə: Rusiyadan yarım milyon turist gələcək

Türkiyə: Rusiyadan yarım milyon turist gələcək backend

Türkiyə Palatalar və Birjalar Birliyinin (TOOB) rəhbəri Osman Ayık Türkiyə ilə Rusiya arasında yaşanan təyyarə böhranından ən çox turizm sektorunun zərər gördüyünü deyib.

Qaziler.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya ziyarətinin nəticəsi olaraq turizm sektorunda işlərin yenidən yoluna girə biləcəyini bildirib.

“Rusiyadan gələn nümayəndə heyəti cümə axşamı İstanbul, cümə günü isə Antalya hava limanlarında olub. Bu ziyarətin nəticəsi isə müsbət olub. Rusiyaya məxsus təyyarənin vurulmasından sonra Rusiya Türkiyəyə çarter uçuşlarına qadağa qoyub və türk vətəndaşlarına yenidən viza rejimi tətbiq edilib. Bu ziyarətin sonunda isə bu maneələrin ortadan qalxmasını gözləyirik”.

İki ölkə arasında endirimli səfərlərin davam etdiyini qeyd edən Ayık “Çarter uçuşlarına yenidən başlayarsa, reyslərin sayı daha da sürətlənəcək” deyib.

“Əgər münasibətlər normallaşarsa, bu halda növbəti həftələrdə 500 mindən çox rus turisti ölkəmizə gələcək”.
Diaspora