Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb backend

“Rusiya-İran-Azərbaycan arasında üçtərəfli format bölgədə sabitlik üçün mühüm faktordur. Biz həm ölkələrimizi qoruyacağıq, həm də regionda əməkdaşlığı dərinləşdirəcəyik”.

Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə prezidenti İlham Əliyev Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə deyib.

“Gələcəkdə siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq və bu əlaqələr daha da güclənməlidir. İqtisadi potensialın artırılması istiqamətində müxtəlif tədbirlər görüləcək, nəqliyyat, energetika sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Bu imkanlar hər üç ölkənin səyi ilə yaranır, başqa ölkələrdə gələcəkdə bu layihələrə qoşulacaq. Əminəm ki, görüşlərimiz davam edəcək, bundan sonrakı əməkdaşlığımız daha da genişlənəcək", - deyə prezident İlham Əliyev bildirib.

Sonda prezidentlərin görüşünə dair yekun bəyannamə imzalanıb. Bununla da, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başa çatıb.
Diaspora