Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.
Bunu "İzvestiya" qəzetinə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.Onun sözlərinə görə, İran tərəfi Rusiyanın ən yeni texnikası ilə maraqlanır.
Virtualaz.org xatırladır ki, avqustun 8-i Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri - İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin görüşü keçiriləcək. Prezidentlər həm ikitərəfli, həm də üç tərəfli formatda görüşəcəklər.