Ukrayna böhranı başladıqdan sonra Fransa Prezidenti Fransua Olland güc nümayiş etdirərək Rusiyaya “Mistral” hərbi gəmilərinin göndərilməsindən imtina etdi, amma indi dövlət başçısı antirusiya ritorikasından qəti şəkildə qaçır.
Axar.az xəbər verir ki, bu barədə Vol Stritt Jurnal-ı xüsusi məqalə yayımlayıb.Nəşrin iddiasına görə, iyulun 8-də NATO sammitində Ollandın Rusiyanı “rəqib yox, tərəfdaş” adlandırması böyük marağa səbəb olub. Ollandın bu çıxışı “Parisin dostlarını” şoka saldı.
Vurğulanır ki, Ollandın Rusiyaya tərəfdaş kimi baxması 2017-ci ildə onun prezidentlik müddətinin sona çatması ilə birbaşa əlaqəlidir:
“ABŞ prezidentliyinə namizədlər arasında mövcud olan toqquşmanı nəzərə alaraq Olland hazırda NATO və ya Rusiya arasında bir seçim etməli olduğunu bilir. Göründüyünə görə, hələ ki, bu, Rusiya Federasiyasıdır”.